28
Sent

Haqsızlığın qurbanı olan aşığın qəriblik duyğuları

XIX əsr Azərbaycan aşıq poeziyasının görkəmli nümayəndələrindən biri də Varxiyanlı Aşıq Məhəmmədidir. O, XVIII əsrin sonlarında Zaqatala rayonunun Varxiyan (indiki Bəhmədli kəndində anadan olub, XIX əsrin 60-cı illərində bir toy məclisində bədnam qonşularımız olan ermənilər tərəfindən zəhərlənərək öldürülüb. Aşıq yaradıcılığından bəhs olunan bütün mənbələrdə ondan qüdrətli bir söz ustası kimi danışılır.Aşıq Məhəmmədin əsərləri ilk dəfə ötən əsrin 30-40- cı illərində işıq üzü görən "El şairləri" və Aşıqlar" kitabında çap olunub. 1983- cü ildə buraxılan "Azərbaycan aşıqları və el şairləri"( I cild) kitabında görkəmli aşığın 43 şeiri verilib.Bu kitab 1985-cü ildə İstanbulda çap olunub. 2000-ci ildə bu sətirlərin müəllifinin folklorçu Qurban…
Written by
Published in Blog Posts
28
Sent

ÖMRÜ VƏFA ETMƏSƏ DƏ, SÖZÜ SƏFA VERDİ

Vəliyəddin MİSİR OĞLUyazışı-publisist,"Qızıl qələm" mükafatçısı İnsan həyatda həmişə cəfakeş olub. Bu cəfadan bəzisinin əməli səfa verib, bəzisinin də sözü. Sözü səfa verənlər həyatın ən xöşbəxtləridir. Çünki söz ölmür, daim yaşayır. Həmişə də qılınc kimi kəsir. Ona görə sözə qılınc deyirlər, qılınca söz demirlər. Amma bu timsallı adamların da həmişə taleyi keşməkeşli olub. Bəzisində ömrün keşməkeşi, bəzisində dövrün, zəmanənin keşməkeşi.Sözü səfa verənlərin ömrü yarımçıq qalsa da, onların söz körpülərinin bünövrəsi mötəbər tökülür, hər dövrün tufanına qarşı dözümlü olur. O əsrdən bu əsrə qədər uzanıb gedir. Üstündən milyonlar adlayıb keçir, yeni gələn nəsil sözün dəhlizinə pənah gətirir, kölgəsindən bəhrələnir.Bizim yaşam dövrümüzdə də…
Written by
Published in Blog Posts
28
Sent

ÜRƏYİNİN İŞIĞI ÜZÜNDƏ ƏKS OLUNAN ADAM

Ruha sığal çəkən şeirlərin var, Hər sözün, söhbətin könül oxşayar. Səsindən ilahi şirinlik yağar, Günəş də başına dolanar sənin. Vaqif İsaqoğlu Professor Məhərrəm Qasımlını-o gözəl ziyalını, dəyərli insanı tanımayan, işıqlı, nurlu üzünü görməyən, xoş səsini eşitməyən bir kimsə tapılmaz. Azərbaycanda elə bir ailə yoxdur ki, Məhərrəm Qasımlı arzu olunan qonaq kimi ora təşrif buyurmasın. O, elə bir arzuolunan, sevilən qonaqdır ki, yolunu həmişə səbirsizliklə gözləyirlər. Bu, doğrudan da belədir. Və doğrudan da filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı «Mədəniyyət» kanalında «Aşıq məclisi»nin aparıcısı kimi hər evin sevimli, istəkli qonağı olub.Aşıq sənətinin unudulmamasında, aşıq mədəniyyətinin inkişafında, aşıq məktəbinin araşdırılmasında və təbliğ…
Written by
Published in Blog Posts