ORXAN PAŞA

Hamı bilir ki, hər kəs öləcək, ancaq heç kəs inanmaq istəmir ki, o özü də öləcək...
***
Onu məhv etmişdilər, ancaq məğlub edə bilməmişdilər.
***
Mənim otuz yaşıma yaxın Hasan babamın yüz yaşı olmuşdu. Ondan bu yüz ilin necə göründüyünü, çox uzunmu olduğunu soruşdum. Fikrə gedib dedi: «Elə bil ki, yatıb bir yuxu görüb durmuşam».
***
Babam yaşamaqdan söz düşəndə deyərdi: «Altmış il yaşamaq canın bor-cu¬du, altmışdan sonra hər on il qənimətdi, yetmişdən sonra hər beş il qənimət-di, səksəndən sonra hər il qənimətdi, doxsandan sonra hər ay qənimətdi, yüz-dən sonra hər gün qənimətdi... »
***

Tahir Əmiraslanov

(II məqalə)

Allah verilənləri Sizə şəxsən özünüz üçün verməyib. O öz lütflərini Sizin vasitənizlə qullarına paylamaq üçün Sizi seçib. Sizi seçib ki, Sizi özünün verdiklərini paylamağa məmur etsin. Və bu işinizə görə də Sizin özünüz üçün bir az çox pay ayırıb. Amma bəzi məmurlar kimi düşünməyin ki, verilən imkanların hamısını Sizə verib. Əsla yox. Siz hamının payını verin. Payladıqca dalı gələcək. Əgər seçilmiş olmaq istəmirsinizsə keçin hüququ çox olanların sırasına.

On yaşın fərəhi
Düz on il öncə - 2004-cü ilin ilk baharında başladıq bu çətin və şərəfli səfərə. «Folklor və etnoqrafiya» jurnalının birinci sayı bayram kimi zühur etdi. Özümüz də, oxucularımız da onun bundan sonrakı hər sayınını milli-mənəvi varlığımıza layiq olması üçün əlimizdən-könlümüzdən gələn hər şeyi eləməyə çalışdıq. Bu ötən on ildə elə bir ciddi maliyyə dəstəyimiz olmayıb. Əsasən abunə hesabına duruş gətirib ayaqda qalmışıq.

 

Rizvan Qarabağlı
Memarlıq üzrə fəlsəfə doktoru, dosent,
Şərq Ölkələri Beynəlxalq Memarlıq
Akademiyasının müxbir üzvü


Qarabağın memarlıq tarixini araşdırarkən məlum olur ki, Pənahəli xan və sonra da İbrahim xan bu közəl diyarın, xüsusilə Şuşa şəhərinin abadlıq işlərinə xüsusi fikir vermişlər. Şəhərin ətrafına çəkilmiş qala divarı, Xurşudbanu bəyim və Bikə ağanın binaları, Ağdam bağındakı hasar və daxili binalar, Xəzinə dərəsindəki saray və qala divarları, Şuşanın üç-dörd kilometrliyindəki Xan bağı deyilən yerdə tikilmiş dəyirman, buzxana (sonralar İbrahim xanın oğlu Mehdiqulu xan burda karvansara və bir neçə dükan da tikdirmişdi) və başqa təyinatlı binalar, o cümlədən, atası Pənah xanın vəsiyyəti ilə Qarqarçayın hər iki sahilində ucaldılmış Əskəran qala divarları və s. əlbəttə, Qarabağ xanlarının apardığı abadlıq işlərinin tam siyahısı deyil.