ORXAN PAŞA

Hamı bilir ki, hər kəs öləcək, ancaq heç kəs inanmaq istəmir ki, o özü də öləcək...
***
Onu məhv etmişdilər, ancaq məğlub edə bilməmişdilər.
***
Mənim otuz yaşıma yaxın Hasan babamın yüz yaşı olmuşdu. Ondan bu yüz ilin necə göründüyünü, çox uzunmu olduğunu soruşdum. Fikrə gedib dedi: «Elə bil ki, yatıb bir yuxu görüb durmuşam».
***
Babam yaşamaqdan söz düşəndə deyərdi: «Altmış il yaşamaq canın bor-cu¬du, altmışdan sonra hər on il qənimətdi, yetmişdən sonra hər beş il qənimət-di, səksəndən sonra hər il qənimətdi, doxsandan sonra hər ay qənimətdi, yüz-dən sonra hər gün qənimətdi... »
***

Zarafata salıb deyərdi: «Kişiyə arvad qocalıqda lazımdı, cavanlıqda hər yan arvaddı... »
***
Cavanlıqda haqq-ədalət uğrunda çılğın çıxışlar eləyirdim. Bir gün atam başını bulayıb dedi: «Dünyada haqq-ədalət heç vaxt olmayıb, yoxdu, olmayacaq da. Ədalət axtarışı siz ədəbiyyat adamlarının xoş xəyalıdı»... İndi mən özüm də o fikirdəyəm.
***
Bir ata yüz oğulu saxlaya bilər, yüz oğul bir atanı saxlaya bilərmi?!
***
Ata oğula bir üzüm bağını bağışladı, ancaq beş il sonra o bağdan bir salxım üzüm qopardanda oğulun ürəyi qopdu...
***
Onun haqqında təbliğat şeypurları heç vaxt gurlamadı, əsil şairlər cərgəsində adı belə çəkilmədi. Ancaq sakit poeziyası heç nəyə məhəl qoymadan ağaclar, quşlar, sular kimi təmənasız və təbii axarla öz yoluna davam edirdi.
***
Poeziya bütün başqa göstəriciləri ilə yanaşı, birinci növbədə istedad və dil hadisəsidir.
***
Şöhrət Tanrının elə bir sirli işidir ki, o sənə qismətdirsə, hara qaçsan da yenə dalınca gələcək. Yoxsa, şöhrətə doğru ha dırmanmaq istəsən də, nərdivanın dibində qalacaqsan.

***
Başqalarından eşidib o da Firdovsini, Nizamini, Sədini ən böyük şairlər sayırdı. Ancaq ağır xəstə yatdığı son günlərində Aşıq Ələsgərin şeirlərini oxudub qulaq asırdı...
***
Biz evimizin doğma uşağını küçəyə atan, başqasının uşağını isə özümüzünkü bilib evin yuxarı başına keçirən hər şeydən bixəbər adamlar kimiyik – təəssüf ki, saza münasibətimiz belədir.

***
Aşıq sənətinin dünya sənət şedevrləri sırasında Azərbaycan xalqına məxsus milli musiqi sənəti kimi YUNESKO-ya daxil edilməsi məsələsi müzakirə olunurdu. Parisdən gəlmiş Jan Dürinq ekspert kimi öz-özünə deyinirdi:
- Dünyada hər xalqın bir milli musiqisi var, siz beş il qabaq muğamı milli musiqiniz elan etdiniz. İndi də aşığı, sazı ikinci bir milli musiqi kimi irəli sürürsünüz. Belə şey ola bilməz. Bunun ikisindən biri sizindi.
Mən onun fikri ilə razılaşmadım. Birdən maraq üçün tərcüməçiyə dedim:
- Bəs cənab Dürinqin fikrincə, bu sənətlərin hansı bizimdi?!
Jan Dürinq üzünü soyuqqanlılıqla tərcüməçiyə tutdu:
- Hansına yaxın durmaq istəmirlərsə o...
***
Heyvanlar haqqında film seyr edirəm. Pələng ceyran sürüsündən birini tutub yeyir, sonra sürünün yanında uzanıb yatır. Bir anlıq gözünüzün qabağına gətirin, o sürünün yanında əli silahlı bir insan olsaydı, nə edərdi? Bir sürü ceyranı qırar, sonra maşınına yığıb satmağa aparardı. Kim daha təhlükəli yırtıcıdır? Vəhşi pələng, yoxsa «mədəni» insan?!.

***
İnsan ali şüur sahibi olsa da, təbiətdəki canlılar qədər fədakar və rəhmdil deyildir.
***
Vaxt - zaman... Nə vaxt - nə zaman?! Vaxt-zad yoxdur. Hərəkət var, vaxtı yaradan da hərəkətdir. Yerin, günəşin hərəkəti gecə-gündüzü yaradır: vaxt doğulur. Hərəkət varsa, hər şey var, hərəkət yoxdursa heç nə yoxdur. İnsan da hərəkətdən qalanda ölür, onun üçün vaxt-zaman itir...Vaxt-zaman bizim yaratdığımız, daha doğrusu, uydurduğumuz bir şeydi...

***
Tanrı işıqdı, nurdu. Ancaq o bizim görə biləcəyimiz sıradan işıq - nur, deyil. Ağılalmaz, gözəgörünməz sirli nurdu O.

***

Sevgi Allahın yaratdığı ən açılmaz sirlərdən biridir. Bilmək olmur o uca Tanrının insan oğluna lütfüdür, yoxsa göndərdiyi dəhşətli bəla... Hər nədirsə, sevgiylə də yaşamaq əzablı bir şeydir, sevgisiz də...

***

Yolçu gedir, yol qalır.
***
İstedadından və savadından az qala müəllim kimi bəhrələndiyim gözdən əlil tələbə yoldaşım Fikrət Mirsaqulov qəfil dünyasını dəyişəndə yana-yana bircə cüm lə deyə bildim: «Baharda köçdün, bahar kimi köçdün»...

***
Gözəl mələkdən qırx günə doymaq olar, gözəl ürəkdən qırx ilə də doymaq olmaz, - rəhmətlik nənəm belə deyərdi.
***
İnsan övladı dünyaya sevgiylə gəlir, sevgiylə yaşayır, sevgiylə də gedir. Bu anlamda hər kəsin sevginin üç mərhələsindən keçməsi şərtdir.
Birinci mərhələ ana-bala sevgisidir. İlk böyük sevgi ana-bala arasında yaşanır. Ananın öz körpə balasına, balanın da anasına sevgisi əfsanəvi bir duyğudur, onun sirri İlahinin dərgahına bağlıdır.
İkinci mərhələ yeniyetməlik və ya gənclik illərini çevrələyir. Bu, oğlanla qızın arasında yaranan sevgidir. Onun da sirr bilinməyən tərəfləri çoxdur.
Birinci və ikinci mərhələdən sonra sevginin üçüncü-sonuncu mərhələsi gəlir. Bu, ilahi məhəbbətdir, uca Tanrıya-Yaradana olan sevgidir. İnsan oğlu birinci və ikinci sevgidən qazandığı ülvi duyğularını məhz uca Tanrıya - İlahiyə olan məhəbbətlə kamala çatdırır.
Mən indi üçüncü sevginin sehri və cazibəsi içindəyəm.

***
İndi şairlər də, tənqidçilər də yorulmadan ölümə mədhiyyələr yazır¬lar. Dünən onlardan birinin mənim yanımda yüngülvari ürək sancması oldu. Çox ləzzətli bir qorxu-təlaş keçirdi. Görəsən, o anda ölümə mədhiyyə yazan birisi
ol¬du¬¬ğunu niyə unutdu ?!.

***

Azərbaycan türkcəsi bütün poetik və qrammatik sistemi ilə heca vəzninin, qoşma üslubunun içərisindədir. Əruz-qəzəl üslubu min ildən çoxdur ki, türk¬cə-mizə zorluq yaşadır, onu rahat nəfəs almağa qoymur. Mən ən gözəl qəzəli də ancaq bəyənə bilirəm. Poetik təfəkkürün onları sevmək imkanı vermir. Qoşma üslubu, heca vəzni mənim poetik təfəkkürümün ana axarıdır. Mən poetik təfəkkür baxımından Qurbaninin «Bənövşə» qoşmasındakı ruhun daşıyıcı¬sı-yam.
Tanrım səni xoş camala yetirmiş,
Hüsnün görən aşıq ağlın itirmiş.
Mələklərmi dərmiş, göydən gətirmiş,
Hayıf ki dəriblər az bənövşəni.

***

Bizim bu günkü şeir dilimiz folklor və ozan-aşıq ədəbiyyatından süzülüb gəlir. Yazılı ədəbiyyatımızda Şah Xətayi və Vaqifin şeir dilində də belə bir yönləmə zaman-zaman gözə çarpır. Ancaq poeziya dilini bütövlükdə bu axara çəkib gətirən XX yüzilliyin Səməd Vurğun hadisəsidir. Onun şeir dili, nə qədər bəyənməyənlər olsa da, bu günkü poeziyamızın əsas təməlidir. Səməd Vurğu-nun şeir dili nə əvvəlki yüzilliklərdəki klassiklərin, nə də zamanca öz yaxın¬lı-ğında olan Hadi, Cavid və Sabir kimi dahi sənətkarların şeir dili deyildir. O öz şeir dili və üslubu ilə öz zamanında və özündən sonrakı dönəmdə Azər¬baycan poeziya¬sının dilinə milli müəyyənlik gətirmişdir. Bu milli müəyyənlik S.Vurğun poetik istedadını bu günə və sabaha daşıyan ölməz sənət əsərlərində də vardır, öz döv¬rünün ideoloji tərənnümünə həsr olunmuş çıxdaş şeir və poemalarda da...

***
Şeirlərinə könlümü kökləməyə hər zaman ehtiyac duyduğum şairlər: Nazim Hikmət, Əli Kərim, Aşıq Ələsgər, Hüseyn Arif, Məmməd Araz bir də Məstan Günər... Mənə elə gəlir ki, Məstan Günərin poeziyası nəhəng və gözəgörünməz okean aysberqi kimidir. O daha çox dərinlikdə-görünməz¬lik-dədir.

***

Ağaclar bahardan aldıqları ilhamın çılğın sevgisiylə çiçəkləyiblər! Qarşı¬dan gələn yayın bürkülü istisindən, payızın xəzan pərişanlığından elə xəbər¬sizdilər ki... Lap nə vaxtsa ömrün bitib tükənəcəyinə inanmayan bəxtəvər uşaqlar kimi...

***
Burulğan... Az şey gətirir, çox şey aparır özüylə.

***
Elə gözəl bir sükutla üz-üzəyəm ki... Təkcə ürək çırpıntılarını eşitmək istəyən bakirə bir sükutla...

***

Ürəyimlə baş-başa vermədən heç nə yaza bilmirəm. Onunla baş-başa qalmağı isə ancaq özümü tapandan-tapana bacarıram.

***
O qızın sevgi dolu utancaq baxışları oğlanın könlünü lal-lal haraylayırdı. Oğlanın isə yerli-dibli könlü yox idi.

***

Gəncliyimdə alnıma tökülən və kürəyimdə dalğalanan uzun, gur saçlarım vardı. Neçə illərdi, ikisindən biri o birini axtarmağa gedib: ya saçlarım gəncliyimi, ya da gəncliyim saçlarımı...

***

Akvariumdakı kiçik balıqlar elə zənn edirlər ki, onları böyüyənə qəədər burada saxlayacaqlar.

***
Bir Göyatımız vardı. Məni hamıdan çox istəyirdi, yanına gələndə də ayrılıb gedəndə də uşaq kimi atılıb düşür, ərköyünlük eləyirdi. Bir gün atam onu kəndimizin o biri başındakı qoruqçuya satmaq qərarına gəldi. Dayça¬lıqdan əlimdə böyütdüyüm Göyatından ayrılmaq mənim üçün çox çətin idi. Göyat çox həssas idi, nə baş verdiyindən sanki duyuq düşmüş kimi etiraz əla¬məti olaraq qabaq ayaqlarını durmadan yerə döyürdü.
...Aylar sonra iş elə gətirdi ki, kəndin o başındakı yoncalıqda hörük¬lənmiş Göyatı gördüm. Yaxınlaşdım, üstümə atılıb üz-gözümü qoxladı, elə bildi onu aparmağa gəlmişəm. Qaşqasından öpüb üzümü alnına qoyanda hər şeyi anladı. Bu dəfə yaşarmış gözlərini aşağı dikib küskün bir susqunluq içərisinə girdi. Bir də o tərəfə getmədim...

***
Yovşan ətri... Min illərdi damarımızda daşıdığımız bitib – tükənməyən, ucsuz-bucaqsız çöl qoxusu. Hansı ətrin belə dəlisov qoxusuyla at belində şığı-yıb getmək, yaxın, uzaq doğmaların nisgilini ovutmaq olar?!

From My Heart, From My Fate
(translation of several idioms)
All know that everybody will die one day, but Noone wants to believe that he (she) will also die one day.
***
They can destroy him, but can't defeat.
***
Near my 30 years my grandpa Hasan was 100 years old. I asked him how he saw this 100 years, were these years too long? He thought and answered: "It was as if I had slept and saw just a dream."
***
My grandpa said with humour: "Husband needs wife when he is old, in youth wife can be found everywhere...
***
In my youth I made passionate speeches for justice. One day my father said: "In the world never was justice, and there is not now, will be never! The search for justice is only kind dream of you – the literary men"... Now I also think so.
***
One father can keep hundred sons, but can hundred sons keep one father?!
***
We are the people like throwing their own child, but keeping other's child as their native one as unaware people from everything – unfortunately our attitude towards saz like this.
***
The God is like a light, but He's not a light which we can imagine. He is incredible and invisible mysterious light.
***
Person can become saturated from a beautiful angel in forty days, but can not become saturated from a beautiful heart even in forty years.
***
A human being is born with love, lives with love, dies with love. In this meaning everyone can pass three stages of love.
The first stage is love of mother and child. The first love is between mother and child. Mother's love to her little child and child's love to his (her) mother is a legendary feeling, the mystery of this related to the God's convent.
The second stage surrounds years of youth. This is the love between a boy and a girl. It also has a lot of mysterious sides.
After the first and the second stages the third – and the last stage comes. This is the Divine love, love to Allah (the God). A human being brings perfection the celestial feelings which he gained from first and second love with the Divine love – love to Allah.
Now I'm in the magic and attraction of the third Love.