Aprelin 25-dən 27-dək Fransanın Müluz şəhərindəki Yuxarı Elzas universitetində "Azərbaycan aşıqları və fransız truverləri" mövzusunda beynəlxalq kollokvium keçirilib. Kollokviumda ilk dəfə olaraq Azərbaycan ozan-aşıq mədəniyyəti ilə qərbin trubadur və truverləri arasında oxşar və fərqli sənət keyfiyyətləri tarixi müqayisəli şəkildə təhlil olunub. AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı və Əməkdar İncəsənət Xadimi, AAB-nin beynəlxalq məsələlər üzrə katibi Sənubər Bağırova aşıq sənətinin tarixi inkişaf yolu və çağdaş mənzərəsi barədə məruzələrlə çıxış ediblər.

Kollokviumda ABŞ, İngiltərə, Türkiyə, İran, İsveçrə, İspaniya və digər ölkələrdən gəlmiş elm və sənət adamları, Azərbaycan alilərinin çıxışlarını maraqla qarşılamışlar. Tədbirdə, həmçinin, AMEA Folklor İnstitutunun elmi əməkdaşları İlhamə Qəsəbova və Aynur Qəzənfərqızının məruzələri və məşhur "Dalğa" qrupunun rəhbəri Çingiz Mehdioğlunun və digər saz ifaçılarının çıxışları da tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

[bt_slider uid="1462997907-57339393050fe" target="_blank" width="0" crop="no" thumbnail_width="700" thumbnail_height="500" show_title="no" centered="yes" arrows="yes" pagination="bullet" autoplay="5000" speed="600"][bt_image src="/images/bt-shortcode/upload/01-11-05-2016.JPG" title="01-11-05-2016.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_2918.JPG" title="IMG_2918.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_2923.JPG" title="IMG_2923.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_2921.JPG" title="IMG_2921.JPG" link="" parent_tag="slider"] [bt_image src="/images/bt-shortcode/upload/IMG_2925.JPG" title="IMG_2925.JPG" link="" parent_tag="slider"][/bt_slider]