ORXAN PAŞA


(III yazı)

Mirzə Cəlilin hər bir yazısından vətənin və millətin taleyi ilə bağlı nigaran-çılıq keçir. Hətta bir yazısının adı elə «Nigarançılıq»dır. Qələmə aldığı nigaran əhvallı bir çox əsərlərin üstündən az qala yüz ildən də çox keçir. Dünən qəbri-nin üstünə gedib ustadın nigaran ruhuna üz tutdum:
- Ey böyük Mirzə, heç nigaran olub eləmə, bizləri necə qoyub getmisənsə, eləcə də varıq...

Borçalı aşıq mühitindəki sənət həyatı

Kərimov Hafiz

Orta əsrlərin unikal folklor örnəklərindən olan "Əsli və Kərəm" dastanı aşıq informativ yükünün əsas qatını təşkil edən aparıcı dastanlar sırasındadır. Buna görə də o variativ fərqlərlə də olsa ayrı-ayrı mühitlərdə aşıqların repertuarında mühüm mövqedə dayanır. Sözü gedən dastanla birbaşa bağlı olan "Kərəm havaları" da bütün ustad aşıqlar tərəfindən bu və ya digər dərəcədə ifa olunur. Bu baxımdan Borçalı aşıq mühitində (əvvəllər) "Əsli-Kərəm" dastanı böyük şövqlə söyləndiyi kimi, "Kərəm havaları" da özünəməxsus çalarlarla yaşamaqdadır. Araşdırma zamanı aydın olur ki, Borçalıda yeddi Kərəmi havası mövcuddur: "Yanıq Kərəmi", "Kərəm gözəlləməsi", "Kərəm köçdü", "Quba Kərəmi", "Sallama Kərəmi", "Zarıncı Kərəmi", "Qürbəti Kərəmi". Bunlardan "Sallama Kərəmi" və "Qürbəti Kərəmi" digər mühitlərdə bir o qədər müşahidə olunmayıb, əsasən Borçalı aşıq mühiti ilə bağlıdır.

Ulularımızın göz-könül dünyası

Osman Əfəndi professor
Fəlsəfə elimləri doktoru, professor

"Kitabi Dədə Qorqud" dünyanın ən qədim bədii-söz abidələri sırasında böyük şöhrət qazanmış əsərdir. Əsərin dərin fəlsəfi-estetik məzmunu onu yaradan xalqın sivilizasiyalı həyatının qədimliyinə və kamilliyinə də işıq salır. Bu işıqda xalqın maddi və mənəvi həyat tərzinin qədimliyi zahiri təsvir cizgiləri ilə təqdim olunmur. Həmin işıqda bu qədimliyin, sözün həqiqi mənasında, ictimai mahiyyətinin dərinliyi-kamilliyi görsənir.

Zaqatala-Balakən bölgəsində aşıq ədəbiyyatı

Region dedikdə biz nəzərdə tuturuq. Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin əhatə etdiyi Qax, Zaqatala, Balakən rayonlarы da elmi bazanın digər бюлэяляри kimi aşıq ədəbiyyatı nümunələri ilə zəngindir. Azərbaycanın digər regionlarının aşıqlarının, eləcə də Dağıstandan gələn aşıqların da bu чеврянин aşıq yaradıcılığına təsiri olmuşdur. Айры-айры вахтларда Зaqatalada bu aşıqların iştirakı ilə maraqlı görüşlər keçirilmişdir.

Vəliyəddin MİSİROĞLU.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
"Qızıl Qələm" mükafatı laureatı.
Bakı - xəyali Kəlbəcər.

Girov qalan mizrab...
Gənclik illərində "Azərbaycan Ədəbiyyatı tarixi" kitabından əzbərlədiyim "Əsli və Kərəm" dastanına aid bir bənd şeir həmişə məni kövrəldərdi. Ana öz analıq dünyasından çox, məhz Kərəmin anası olduğu ilə fəxr edir və özünü yana-yana tarixə belə təqdim edirdi:

4 -dən səhifə 5