Bakı. Könül Kamilqızı - APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun nəzdində "Cənubi Azərbaycan folkloru" şöbəsi yaradılıb.
APA-nın xəbərinə görə, Rəyasət Heyətinin bugünkü iclasında qəbul edilən qərara əsasən, yeni şöbənin yaradılmasında əsas məqsəd Cənubi Azərbaycan folklorunun toplanması, nəşri və tədqiqi işinin səmərəli təşkilini, bu işlərin müasir elmi prinsiplər əsasında sistemli və ardıcıl aparılmasını, onun problemlərinin yeni elmi mövzular kimi müəyyənləşdirilməsini təmin etməkdir.

5 -dən səhifə 5