Aprelin 25-dən 27-dək Fransanın Müluz şəhərindəki Yuxarı Elzas universitetində "Azərbaycan aşıqları və fransız truverləri" mövzusunda beynəlxalq kollokvium keçirilib. Kollokviumda ilk dəfə olaraq Azərbaycan ozan-aşıq mədəniyyəti ilə qərbin trubadur və truverləri arasında oxşar və fərqli sənət keyfiyyətləri tarixi müqayisəli şəkildə təhlil olunub. AAB-nin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı və Əməkdar İncəsənət Xadimi, AAB-nin beynəlxalq məsələlər üzrə katibi Sənubər Bağırova aşıq sənətinin tarixi inkişaf yolu və çağdaş mənzərəsi barədə məruzələrlə çıxış ediblər.

Məhərrəm Qasımlı
Dövlət Mükafatı Laureatı

(VII yazı)


Qurban bayramının əsas fəlsəfəsi Tanrının insanın qurban kəsilməsinə etiraz əlaməti olaraq insan qurbanının (Həzrəti İsmayılın) əvəzinə qoç qurbanı təklif etməsidir. O vaxta qədər bəşər tarixində insanın da qurban kəsilməsi məqbul sayılırdı. Bu baxımdan öz oğlunu Tanrıya qurban kəsmək istəyən İbrahim peygəmbərə ilahi dərgahdan qoç qurbanı göndərilməsi bütövlükdə bəşər tarixindəki ən böyük hadisələrdən biridir. Nə qədər mifoloji-əfsanəvi boyalar içərisində görünsə də, bu hadisə insanlıq tarixinə yeni bir mərhələ kimi daxil olur. Həmin əfsanəvi hadisənin simasında insan qurbanı məsələsi məhz ulu dərgah sahibi tərəfindən qəbul edilmir və yasaqlanır. Bu mənada Qurban bayramı həm ulu Tanrının, həm də onun bəndəsinin - insan oğlunun birgə bayramıdır. Çoxları bu bayramı bir «ət bayramı» kimi başa düşür. Ancaq əslində Qurban bayramı bir ibadət bayramıdır. Bayramın fəlsəfəsindəki gözəllik də burada, bu məqamdadır!

2 -dən səhifə 5